Mobil versiya
"Sən kimsən belə danışırsan, həddini aşırsan"
Tarix: 15-04-2026 | Saat: 16:03
Bölmə:Şou-biznes | çapa göndər



"Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır".

aia.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisə haqqında deyib. O, Hadisənin Bakı konserti zamanı Azərbaycan xanımlarının çox makiyaj etməsindən danışmasına sərt münasibət bildirib:

"Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını çox makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi şişirdirsən. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan".

Qeyd edək ki, B.Dadaşova sosial şəbəkədə də şərh yazaraq Hadisəni tənqid etmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026