Mobil versiya
Əli Kərimlinin müşaviri həbs edildi
Tarix: 01-10-2015 | Saat: 17:00
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Əli Kərimlinin müşaviri həbs edildi


AXCP sədrinin müşaviri Məmməd İbrahim polis tərəindən saxlanılıb

“Azadlıq” qəzetinin yazdığına görə, M.İbrahim Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlıya Nərimanov Rayon Polis İdarəsindən telefon vasitəsilə Məmməd İbrahim özü məlumat verib.

Qeyd edək ki, Məmməd İbrahim sentyabrın 30-da günortadan sonra Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinə çağırılıb. O, partiya yoldaşları ilə birlikdə bölməyə gedib. Cəbhəçilər bir neçə saat onu bölmənin qarşısında gözləsələr də xəbər çıxmayıb. Sonradan xəbər tutublar ki, Məmməd İbrahim bölmədən Nərimanov Rayon Polis İdarəsinə aparılıb. İdarəyə gedən cəbhəçilərə isə oradan heç bir məlumat verilməyib. Yalnız saat 23 radələrində Məmməd İbrahim özü telefonla məlumat verəndən sonra bəlli olub ki, o, həbs edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024