Mobil versiya
"Zəkam sürücülük vəsiqəsi almağa yetmir" - Aktrisa
Tarix: 07-04-2026 | Saat: 10:56
Bölmə:Şou-biznes | çapa göndər

"Zəkam sürücülük vəsiqəsi almağa yetmir" -

Türkiyəli gənc aktrisa Bahar Şahin qatıldığı verilişdə səmimi açıqlamaları ilə diqqət çəkib.

aia.az xəbər verir ki, Şahin bu dəfə rollarından deyil, sürücülük vəsiqəsi almaqla bağlı təcrübələrindən danışıb. Aktrisa sürücülük vəsiqəsi almaqda çətinlik çəkdiyini bildirib.

O, dəfələrlə yazılı imtahandan keçdiyini və hər dəfə eyni nəticəni aldığını bildirib.

"Bəzi şeyləri qəbul etməlisən, sürücülük vəsiqəsi ala bilmirəm, kifayət qədər ağıllı deyiləm. Zəkam buna yetmir. Sadəcə o imtahandan keçə bilmirəm. Dörd dəfə imtahan verdim və hamısında da 62 bal topladım", - deyə aktyor gülərək bildirib və müəlliminin bunu "uğur" hesab etdiyini əlavə edib.

Şahin bu prosesdən sonra sürücülük vəsiqəsi almaq fikrindən imtina etdiyini və taksidən istifadə etdiyini açıqlayıb.

Xatırladaq ki, 29 yaşlı aktrisa “O Hayat Benim”, “Zalim İstanbul”, “Gülümse Kaderine” kimi ekran işlərində rol alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2026