Mobil versiya
Bakıda qadın sevgilisi ilə birlikdə ərini doğrayaraq meşədə basdırdı
Tarix: 01-10-2015 | Saat: 13:10
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Faktla bağlı cinayət işi başlanılıb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları İsmayıllıdan olan həmkarları ilə birlikdə rayon sakini Kamran Mahmudovun itkin düşməsi barədə işi araşdıraraq, dəhşətli qətlin üstünü açıblar.

Aia.az xəbər verir ki, bu barədə haqqin.az-a Yasamal RPİ-dən bildiriblər.

Məlumata görə, K.Mahmudov 2015-ci il sentyabrın 26-da itkin düşüb.

Araşdırma zamanı İsmayıllının Talışstan kəndi yaxınlığında meşədən mərhuma məxsus 10 KA 009 markalı BMW markalı avtomobil tapılıb.

Avtomobilin baqaj yerində K. Mahmudovun hissələrə bölünmüş meyidi olub.

Faktla bağlı şübhəli şəxs qismində qətlə yetirilən kişinin həyat yoldaşı, 1975-ci il təvəllüdlü Lalə Yaşar qızı Mahmudova saxlanılıb.

Bundan başqa, onun məşuqu, Bakı sakini Sədi Bəhram oğlu Məmmədov da tutulub. Hələlik məlumdur ki, sevgililər əlbir olaraq, səhər saat 4-də Mahmudovun cəsədini evdən çıxarıblar.

İlkin istintaq zamanı saxlanılan qadın bildirib ki, ərini onunla boşanmadığı üçün öldürüb.

Qeyd edək ki, K. Mahmudov iki uşaq atası olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə