“İlk dəfədir ki, məni təbrik etmir...” - Aprel şəhidinin xanımı
Tarix: 08-03-2017 | Saat: 09:25
Bölmə:Gündəm / Seçilənlər-2 / Karusel | çapa göndər
8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şəhid mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadəni və qızlarını təbrik etmək üçün yaşadıqları ünvana baş çəkdik.
Şəhid mayorun həyat yoldaşı Könül xanımın sözlərinə görə, birlikdə yaşadıqları 10 il ərzində ilk dəfədir Urfan 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə onu təbrik etmir: "Onun itkisi çox ağırdır. Yeri hər an bilinir. Hər bayramda mənim hədiyyəm axşamdan hazırlanardı. Zəhranı da təbrik edirdi. Bətülü də ilk və son dəfə ötən il təbrik etdi. Bu il isə Urfan yoxdur. Allah heç bir ailəni atasız qoymasın!"
Könül xanım deyir ki, Urfan Vəlizadə bayramlarda ona daha çox gül hədiyyə edib:
"Bir dəstə gül alardı. O, yaşayanda mənim bayramım tam fərqli olardı. Qızım Zəhra ilə gedib mənə hədiyyə seçərdilər. Parfüm alardı, fen almışdı, hətta bir dəfə xrustal vaza da almışdı..."
"Urfan çalışıb yaxşı nə varsa, ailəsi üçün etsin" deyən Könül Vəlizadənin sözlərinə görə, on il ərzində hərbçi xanımı olduğunu ona hiss etdirməyib: "İşini heç vaxt evə gətirməzdi. Toydan qabaq mənə söz vermişdi ki, hərbçi ilə ailə qurduğunu heç vaxt hiss etməyəcəksən. Əlindən gələni edərdi ki, ürəyimiz sevinsin. Uşaqlar üçün də həmçinin".
9 yaşlı Zəhra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 3-cü sinif şagirdidir. Anası onunla fəxr etdiyini və övladlarının ona Urfanın ən dəyərli hədiyyəsi olduğunu deyir: "Zəhra çox yaxşı oxuyur dərslərini. Üstəlik, skripka ifa etməyi də öyrənib. Deyir ki, aprelin 2-də Urfanın ildönümü günü mən atamın qəbri üstündə ifa edəcəyəm. Bilmirəm ki, onu ora necə aparım. Mənim üçün çox çətindir, bu onun ağlına hardan gəlib, heç onu da bilmirəm. Amma aparacağam ki, ifa etsin atası üçün". (APA TV)
AİA.az
[media=https://www.youtube.com/watch?v=VvFzqQ7yuhY]
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər