Mobil versiya
“Dedilər verilişinə Rüfət gəlir, dedim ki, efirə çıxmıram” - Aparıcıdan olay sözlər
Tarix: 11-03-2026 | Saat: 11:57
Bölmə:Şou-biznes | çapa göndər

“Dedilər verilişinə Rüfət gəlir, dedim ki, efirə çıxmıram” -

Aparıcı Zümrüd Bədəlova açıqlaması ilə diqqət çəkib.

aia.az xəbər verir ki, o, meyxanaçı Rüfət Nəsosnu ilə bağlı maraqlı etiraf edib.

Teleaparıcı bildirib ki, söz ustasına görə efirə çıxmaq istəməyib:

"Dedilər Rüfət Nəsosnu gəlir. Dedim ki, mən efirə qalxmayacağam. 40 yaşım olsa da, ön yarqım var. Adını eşidəndə böyük qalmaqal yaratdım".

Bədəlova daha sonra fikrinin necə dəyişdiyini də açıqlayıb. Onun sözlərinə görə, veriliş zamanı baş tutan söhbət gözlədiyindən fərqli olub:

"Sonra mənə dedilər ki, qoy bir dəfə verilişdə qonaq olsun, necə həmsöhbət olduğunu anlayacaqsan. Veriliş bitdi, amma bizim söhbətimiz bitmədi. Savadı ilə fikrimi dəyişdirdi", - deyə aparıcı əlavə edib.

Zümrüd Bədəlova etiraf edib ki, bəzən insanları tanımadan qiymətləndirmək kimi xüsusiyyəti var və bu, hər zaman doğru olmur:

"Düşünürdüm ki, Nasosnu hara, heç uyğun olmayacaq və heç vaxt qonağım olmayıb. Amma yanılmışam. İnsanları tanımadan qiymət vermək kimi mənfi xüsusiyyətim var, təəssüf ki".

Tele-aparıcının bu etirafı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilər onun səmimi açıqlamasını fərqli şəkildə şərh ediblər./Milli.Az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2026