Bir ömrün ləyaqət həndəsəsi: FİRİDUN HƏMZƏYEV
Tarix: 11-03-2026 | Saat: 10:40
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan | çapa göndər
"101 Ağbabalı" silsiləsindən
Bəzən bir insanın simasında bütöv bir mahalı, bir xalqın taleyini və bir dövrün mənəvi ucalığını görürsən. Elə insanlar var ki, onların varlığı sükutun içindəki ən uca səs, rəqəmlərin soyuqluğunda isınan ən isti qəlbdir. Yaddaşımın ən əziz guşəsində, Bakı təhsilinin o qaynar, islahatlarla dolu dəhlizlərində hər kəsin böyük ehtiramla yol verdiyi, simasından Şörəyelin günəşi, baxışlarından Ağbabanın vüqarı əskik olmayan bir sima var: Firidun Həmzəyev. Onunla masalarımızın üzərinə yığılmış yüzlərlə metodik vəsait qaralamaları, təhsilimizin sabahı üçün cızılan o gərgin planlar və "Bakı təhsili 2006-2011" salnaməsinin mizan-tərtibi üzərində keçirdiyimiz saatlar sadəcə iş prosesi deyil, bir ləyaqət məktəbi idi. Mən Firidun müəllimin şəxsində rəqəmlərin dili ilə danışan bir riyaziyyatçıdan daha çox, kökü dərin, budaqları nura tərəf uzanan sarsılmaz bir ziyalı çinar tanıdım.
Şörəyel mahalının elə bir mayası var ki, orada təkcə buğda sünbülləri boy verməz; orada həm də polad iradəli, sözü bütöv, xarakteri büllur kimi təmiz insanlar yetişər. Arpa çayının sümük sızıldadan buzlu suları daşları necə yonub hamarlayırsa, o yerlərin sərt, lakin məğrur təbiəti də insan xarakterini eləcə cilalayar. Adını qədim mağaralardan, ululuğunu isə bağrından çıxardığı mərd insanlardan alan qədim Mağaracıq kəndi əsrlər boyu Şörəyel yaddaşını daşlarında qoruyan bir qaladır. 1958-ci ilin 2 sentyabrında bu müqəddəs torpaqda, mahalı ləyaqəti ilə tanıdan Ələsgər müəllimin ziyalı ailəsində doğulan Firidun, atasının yandırdığı o mənəvi məşəli paytaxtın ən ali kürsülərinə qədər şərəflə daşımağı hələ uşaq ikən qarşısına məqsəd qoymuşdu.

Firidun müəllim bu dünyaya hər kəs kimi sadəcə doğulmadı, o, bir mənəviyyat qalasının divarlarını daha da ucaltmaq üçün gəldi. Onun mayası Ağbaba və Şörəyel ellərinin mənəvi sütunlarından biri olan Ələsgər Həmzəyevin ləyaqət və saflıq məktəbində yoğrulub. Ələsgər müəllim təkcə parlaq bir pedaqoq deyil, həm də mahalda böyük nüfuza malik mühüm bir dövlət xadimi idi. O, Amasiya Rayon Partiya Komitəsinin 2-ci və 3-cü katibi, Xalq Nəzarət Komitəsinin sədri kimi məsul vəzifələrdə çalışaraq bütöv bir mahalın etimadını qazanmış, ədalətin və dövlət intizamının simvoluna çevrilmişdi. Firidun hələ uşaq ikən atasının hər kəlməsindən adın ucalığının vəzifənin ucalığından daha mühüm olduğunu öyrənmişdi.
Firidun müəllim üçün riyaziyyat sadəcə rəqəmlər dünyası və quru hesablamalar deyildi; o, həyatın nizamını, dürüstlüyün dəqiq həndəsəsini hələ Mağaracıqda – o zamanlar mahalı xalq sevgisi və dövlət nüfuzu ilə idarə edən Ələsgər kişinin ocağında öyrənmişdi. 1974-cü ildə doğma kənd orta məktəbini bitirib Bakıya – Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olanda, o, təkcə düsturları deyil, həm də bir elin ümidlərini çiynində gətirmişdi. 1979-cu ildə ali təhsilini bitirən kimi diplomunu bir vəfa vəsiqəsi tək götürüb yenidən Mağaracığa – ilk təhsil aldığı o doğma divarların arasına müəllim kimi qayıtdı. Üç il boyunca kənd uşaqlarına təkcə rəqəmləri deyil, həm də ləyaqətlə yaşamağın, torpağa bağlılığın ən çətin düsturlarını öyrətdi. Daha sonra taleyi onu atasının yolunu davam etdirərək idarəçilik yollarına çəkdi: 1982-1984-cü illərdə Amasiya Rayon İcraiyyə Komitəsində, 1985-1987-ci illərdə isə Amasiya Rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışaraq dövlətçilik təcrübəsini cilaladı. Elmini daha da dərinləşdirmək üçün 1987-1989-cu illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldı.

1989-cu ildən etibarən Firidun müəllimin peşəkar fəaliyyətində paytaxt təhsili dövrü başladı. O, 2006-cı ilədək Yasamal Rayon Təhsil Şöbəsində müdir müavini kimi təhsilin yükünü çiyinlərinə götürdü. Bizim 2006-2013-cü illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki birgə fəaliyyətimiz mənim yaddaşımda böyük bir yaradıcılıq məktəbi kimi qalıb. Firidun müəllim orada Ümumi təhsil sektorunun müdiri kimi çalışırdı. Biz birlikdə xeyli metodik vəsait, sinif rəhbərinin, direktor müavinlərinin fəaliyyət planı nümunələri hazırladıq. Məktəb işinin planlaşdırılmasına dair ortaya qoyduğumuz tövsiyələr bu gün də təhsil işçiləri üçün ən etibarlı qaynaqlardır. Xüsusilə hər ikimizin imzasının olduğu "Bakı təhsili 2006-2011-ci illərdə" kitabı bizim paytaxt təhsilinə verdiyimiz müştərək töhfənin ən gözəl sənədidir. 2013-cü ildən 2025-ci ilin fevral ayınadək Elm və Təhsil Nazirliyində sektor müdiri vəzifəsində çalışan Firidun müəllim dövlət təhsil siyasətinin icrasında müstəsna xidmətlər göstərdi. Firidun müəllim vəzifəsindən asılı olmayaraq insanlarla ünsiyyət qurmaqda əvəzsiz idi; onun səmimiyyəti və təvazökarlığı adı gələndə hər kəsin çöhrəsinə bir istilik qondurur.

Dövlətimiz onun bu şərəfli zəhmətini yüksək qiymətləndirdi; o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Tərəqqi" medalına (2012), "Əməkdar müəllim" (2018) fəxri adına, Elm və Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” (2023) döş nişanına layiq görüldü. Bu uğurlu yolda onun ən sadiq arxası, Ələsgər müəllim ocağının ədəb-ərkanını öz ruhunda yaşadan həyat yoldaşı Nübar xanım dayanır. Nübar xanım da bir müəllimdir və bu ocağın mənəvi bütövlüyünü qoruyan, nəsillər arasındakı ədəb körpüsünü yaşadan bir ziyalıdır. Onların birgə ömür yolu təkcə bir ailə deyil, həm də bir ziyalı məktəbidir.
Mağaracıq kəndinin ruhunda bir şairlik odu var ki, bunun ən gur yandığı ürəklərdən biri kəndin şair oğlu, ustad Sultan Orucoğludur. Sultan müəllim Firidun müəllimin təkcə yaxın qohumu və dostu deyil, həm də mənəvi dünyasının sirdaşıdır. Şəhid atası olan ustadın sazında qəmli notlar inləsə də, o, əyilmir; dərdi-sərini Firidun müəllimlə bölüşməyi sevən ustadın varlığı Mağaracığın unudulmamış günlərini Bakıda yenidən canlandırır.
İndi 2026-cı ilin yanvarıdır... Firidun müəllim rəsmi vəzifəsindən təqaüdə çıxsa da, onun daxilindəki qurub-yaratmaq eşqi, ictimai fəallığı bir an belə səngimir. Əksinə, o, enerjisini daha müqəddəs bir işə — Mağaracıq kənd icmasının sədri kimi Amasiya və Qərbi Azərbaycan İcmasında yurd həsrətini yurd eşqinə çevirməyə həsr edib. Onun qəlbində sönməyən bir ümid işıldayır: "Qayıdış mütləqdir!" Firidun müəllimin bir müqəddəs andı var: Gün gələcək, Mağaracıqda, Hulley dağının zirvəsində, Sultan Orucoğlunun vəsf etdiyi o məşhur "Ocaq qaya"da böyük bir qələbə tonqalı çatılacaq! Həmin tonqalı Sultan ustadla birlikdə alovlandırıb qayıdış müjdəsini Türkiyə ellərinə – Qarsa, Ərdahana xəbər verəcəklər.
2026-cı ilin bu yanvar günlərində geriyə boylananda görürəm ki, bizim hər görüşümüz əslində yaşanmış illərin ruhumuzda yenidən canlanması, xatirələrin bir-bir çözələnməsidir. Zaman amansızdır, bəlkə də 20 il əvvəlki o coşqun gənclik enerjimiz artıq saçlarımızın dənində gizlənib, amma qəlbimizdə gəzdirdiyimiz o müqəddəs istilik, o ocaq hələ də ilk günkü kimi közərir. Mən, Firidun və Sultan... Biz üçümüz baş-başa verib bu dünyanın keçmişini, gələcəyini vərə-vürd eləyə-eləyə yaşlaşdıq. İllər üzümüzdə iz qoydu, amma qəlbimizdəki o mənəvi odu sönməyə qoymadıq, əksinə, bir-birimizdən güc alaraq onu daha da alovlandırdıq. Çünki bizi birləşdirən sadəcə qan qohumluğu və ya dostluq deyil, bizi eyni amala kökləyən, eyni torpağın ağrısını və sevincini daşıyan sarsılmaz mənəvi dəyərlərdir.

Bu gün Firidun müəllim bir baba kimi nəvələrinə Şörəyelin bərəkətindən, babaları Ələsgər kişinin mərdliyindən bəhs edərkən, əslində həmin dəyərləri gələcəyə ötürür. Övladları Rəşad və Mehman Həmzəyevlərin hüquq-mühafizə orqanlarında dövlətin keşiyində durması, qızı Səbinə xanımın Tibb Kollecində gələcəyin şəfavericilərinə dərs keçməsi bu şəcərənin milli ideallara sadiqliyinin bariz nümunəsidir. Mağaracıqdan başlanan o şərəfli yol bu gün Firidun müəllimin şəxsində sönməyən bir qayıdış ümidinə və yaşayan bir ləyaqət dastanına çevrilib. Biz hələ də o ocağın başındayıq və inanırıq ki, o odu bir gün mütləq doğma yurdumuzdakı Ocaq qayada çatılacaq böyük qələbə tonqalına qovuşduracağıq.

Mən bu sətirləri sadəcə bir bioqrafiya və ya ömür yolu kimi deyil, onillərin sınağından çıxmış o sarsılmaz dostluq qalamızın əyilməz bir nişanəsi, mənəvi ucalığımızın bədii yadigarı kimi qələmə aldım. Bu yazı mənim üçün təkcə Firidun müəllimin keçdiyi şərəfli yolu vəsf etmək deyil, həm də illər keçsə də dəyişməyən əqidəmizə, sarsılmayan birliyimizə vurulan bir mənəvi möhürdür. Biz illərin yorğunluğunu bir-birimizin baxışlarında gizlətsək də, o illərin bizə qazandırdığı ən böyük sərvət elə bu səmimiyyət və qırılmaz vəfa bağlarıdır. İndi 2026-cı ilin bu uca məqamında bir daha anlayıram ki, nə qədər ki Firidun müəllimin ləyaqət həndəsəsi, Sultan ustadın sazındakı o qədim Mağaracıq havası və bizim bu sönməz dostluq ocağımız var, deməli, qəlbimizdə gəzdirdiyimiz o müqəddəs Qayıdış andı da hər zaman diri qalacaq. Bu yazı, ömrünü xalqının təhsilinə və ləyaqətli gələcəyinə həsr edən bir dostun şəxsində, bütün Şörəyel, Ağbaba ruhlu insanlara ünvanlanmış bir hörmət və ehtiram borcumdur.

Biz yaşlaşsaq da, bu dostluq qalası hər zaman dik duracaq və o qalanın zirvəsində hər zaman doğma yurdun həsrəti deyil, qələbə müjdəli işığı yanacaq. Dahi şair Səməd Vurğunun dediyi o hikmətli kəlam isə bu gün bizim üçün hər zamankından daha anlamlıdır: “Deyilən söz yadigardır”. Qoy bu yazı da bizim sarsılmaz birliyimizin, Ağbabanın, Şörəyelin sönməyən işığının və Firidun müəllimin ləyaqətli ömür yolunun gələcək nəsillərə ərməğan qalan ən səmimi yadigarı olsun.

Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər
Tarix: 11-03-2026 | Saat: 10:40
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan | çapa göndər
"101 Ağbabalı" silsiləsindən Ləyaqətlə yaşanan ömür və sarsılmaz dostluq vəfası

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2026