Mobil versiya
Məmmədyarov Lavrovla görüşdü - FOTO
Tarix: 06-03-2017 | Saat: 15:35
Bölmə:Siyasət / Manşet | çapa göndər

Məmmədyarov Lavrovla görüşdü - FOTO


Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.

Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

O bugünkü görüşdə ikitərəfli münasibətlərin səviyyəsini, beynəlxalq gündəmi müzakirə edəcəklərini söyləyib.

E.Məmmədyarov Rusiya və Azərbaycan XİN-ləri arasında bu il üçün əməkdaşlıq və məsləhətləşmə Planı imzalayacaqlarını da qeyd edib.

Görüş daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024