Mobil versiya
Xalq artistləri adlarından məhrum edilə bilərmi?
Tarix: 30-09-2015 | Saat: 21:38
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Nazirdən açıqlama.

Azərbaycanda fəxri ad almış sənətkarlar bu adlardan məhrum edilə bilməzlər.

Aia.az xəbər verir ki, bunu ANSPRESS-ə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, fəxri adları geri almaq mexanizmi haqqında düşünülməməlidir:

“İnsanın daxili mədəniyyəti yüksək olmalıdır. Hər bir fəxri ada layiq görülmüş sənətkar Prezidentin sərəncamı ilə ona ad verildiyini nəzərə almalıdır. Fəxri ad daşıyan şəxs yaranmış problemi statusuna və səviyyəsinə uyğun həll etməlidir. Mən hesab edirəm ki, mədəniyyət işçiləri ziyalılardır. İnsanlar onlara baxaraq, həyat və düşüncə tərzini müəyyənləşdirməlidirlər. Onlar nümunəvi olmalıdır”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, fəxri ad almış bir çox tanınmışların qeyri-etik hərəkətlər və dava-dalaşlarla gündəmə gəlməsi, cəmiyyətdə birmənalı qarşılanmır. Son zamanlar adları xalq artisti olan bəzi mədəniyyət sahəsinin nümayəndələri efirdə danışdıqları "mədəni" ifadələr ilə nəinki ölkə mədəniyyətini alçaldır, eyni zamanda, gələcək nəsillərin əxlaq və davranışlarına mənfi təsir göstərirlər.

“Xalq artisti” fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə verilir.

“Əməkdar artist” fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

Fəxri adlarından məhrum olmamaq, əslində, həmin sənətkarların davranışının tənzimlənməsini mümkünsüz edir. Son vaxtlar bir-birinin ünvanına sərt ittihamlarla çıxış edən səhnəmizin bəzi ulduzlarının özlərini idarə edə bilmədiyi aydın görsənsə də, tənzimləyici mexanizmin olmaması bu halların qarşısını almağa imkan vermir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024