Mobil versiya
Məhkəmə meyxanaçı Samirənin qızı ilə bağlı qərar verdi
Tarix: 20-02-2026 | Saat: 16:51
Bölmə:Şou-biznes | çapa göndər

Məhkəmə meyxanaçı Samirənin qızı ilə bağlı qərar verdi

Meyxanaçı Samirənin müğənni qızı Fərəh Rəcəbovanın məhkəməsi keçirilib.

aia.az-ın Unikal-a istinadən məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb.

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə Fərəh Rəcəbova barəsində qərar qəbul edilib.

Qərara əsasən, müğənni 500 manat cərimə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026