Mobil versiya
Gədəbəydə Şəhid Hüseynov Azər Mahal oğlunun məzarları ziyarət edilib -Fotolar
Tarix: 16-12-2025 | Saat: 18:18
Bölmə:Aia TV | çapa göndər

Gədəbəydə Şəhid Hüseynov Azər Mahal oğlunun  məzarları ziyarət edilib

aia.ax xəbər verir ki, 13.12.2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novosaratovka kənd sakini Hüseynov Azər Mahal oğlunun beşinci ildönümu münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2026