Mobil versiya
Ayanın ürəyi "DAYANDI" - Kliniki ölüm KEÇİRİBMİŞ...
Tarix: 09-12-2025 | Saat: 10:25
Bölmə:Şou-biznes | çapa göndər

Ayanın ürəyi "DAYANDI" -

Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı hadisəni bölüşüb.

aia.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Afaqla 10lar” proqramında səhhətində yaranan problemə görə ölümlə üz-üzə qaldığını deyib:

“Hadisə illər əvvəl olub və bunu ancaq ailəm bilir. Tanımadığım bir insan həmin sözü dostuma demişdi. Deyib ki, sənin çalışdığın müğənnini yuxumda görürəm, bir həftə ərzində həyatdan yox olacaq. İnanmadım, amma psixoloji beynimə saldım. Evdə idim və qəfildən huşumu itirdim. Ailə həkimim məni özəl klinikaya apardılar. Bütün analizlər yerində idi. Dərdimi tapa bilmirdilər. Bir az müdaxilə edildi və özümə gəldim. 2 gün sonra ürəyim dayandı, 17 saniyəlik kliniki ölüm keçirtdim. Bədənim allergiya oldu, iynələr vurdular. Hətta mağar da danışılmışdı ki, Ayan ölür. Su içirdim onu belə qaytarırdım. Həmin vaxt ağır dövrlərdən keçirdim. “Hə, yox” deyə bilmirdim, səsim öz başımı belə ağrıdırdı. Çətinliklərdən keçirdim, onlar təsir etdi. Orqanizm deyirdi ki, dayan, stressə dözə bilmirəm. Mənə Allah ömür versin, övladım üçün”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026