Mobil versiya
"Təranə yaya qədər azadlığa çıxacaq" - Rəqsanə
Tarix: 05-12-2025 | Saat: 15:07
Bölmə:Şou-biznes | çapa göndər

"Təranə yaya qədər azadlığa çıxacaq" -

"Təranə gələn il yaya qədər azadlığa çıxacaq".

aia.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Tarixin bir günü" verilişində deyib.

"Suel mənim ailəmin yanında idi, indi də bizimlədir. O biri qızı isə uşaq evindədir. Gedib onu da görəcəm. Mən Abbasdan onunla bağlı şikayəti geri götürmə sənətini aldım. Təranə yaya qədər, bəlkə də daha tez azadlığa çıxacaq. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq" deyə, Rəqsanə deyib.

Bildirilib ki, Rəqsanə Abbasa 2500 manat ödəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. T.Səmədovanın qızı Suelin atası Abbasdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026