Azərbaycanda narkoman qadınların sayı artıb - STATİSTİKA
Tarix: 24-02-2017 | Saat: 16:25
Bölmə:Qərbi Azərbaycan / Karusel / Seçilənlər | çapa göndər
Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların arasında qadınların sayı artıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-cı ildə 592-si, 2016-cı ildə isə 612-si qadın olub.
Ötən il yeni qeydiyyata alınan 2142 narkomanın 29-u qadın olub.
Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çox üstünlük təşkil edir. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.
Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024