Mobil versiya
Bahar Muradova: "Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik"
Tarix: 24-02-2017 | Saat: 15:47
Bölmə:Siyasət | çapa göndər

Bahar Muradova: "Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik"


"Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik".

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə çıxışı zamanı deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan prezidenti Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu:

"Xocalı soyqırımı və ermənilərin digər cinayətləri haqqında həm ölkə daxilində, həm də ölkə xaricində təbliğat işləri aparırıq. Əks halda, ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımazdı. Biz öz torpaqlarımıza qayıtdıqdan sonra da bu təbliğat işlərini davam etdirəcəyik, ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024