Ana Sayfa > Siyasət > Bahar Muradova: "Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik"
Bahar Muradova: "Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik"24-02-2017, 15:47. Yazar: admin |
"Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik". AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə çıxışı zamanı deyib. B.Muradova qeyd edib ki, Azərbaycan prezidenti Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu: "Xocalı soyqırımı və ermənilərin digər cinayətləri haqqında həm ölkə daxilində, həm də ölkə xaricində təbliğat işləri aparırıq. Əks halda, ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımazdı. Biz öz torpaqlarımıza qayıtdıqdan sonra da bu təbliğat işlərini davam etdirəcəyik, ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik". AİA.az Geri dön |