Mobil versiya
Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir
Tarix: 11-07-2026 | Saat: 18:35
Bölmə:İqtisadiyyat | çapa göndər

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir


Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

“aia.az”nun məlumatına görə, dördmərtəbəli hotel binasında ümumilikdə 101 otaq var.

Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər.

Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2026