Mobil versiya
ABŞ Konqres üzvləri Tramp administrasiyasını Qəzzada soyqırımı tanımağa çağıran qətnamə təklif ediblər
Tarix: 14-11-2025 | Saat: 22:16
Bölmə:Özəl | çapa göndər

ABŞ Konqres üzvləri Tramp administrasiyasını Qəzzada soyqırımı tanımağa çağıran qətnamə təklif ediblər
ABŞ Konqresinin iyirmi üzvü İsraili Qəzzada soyqırımı tanımağa və Donald Tramp administrasiyasını Soyqırım Konvensiyası çərçivəsində hüquqi öhdəliklərini yerinə yetirməyə çağıran qətnamə təqdim edib.Konqresin Fələstin əsilli yeganə üzvü Rəşidə Tlaib yazılı açıqlamasında Nümayəndələr Palatasına İsrailin Qəzzada soyqırımını tanıyan qətnamənin təqdim edildiyini açıqladı.

Bəyanata görə, qətnamə ABŞ administrasiyasını "İsrailin Qəzzada Fələstin xalqına qarşı soyqırım cinayətini rəsmi olaraq tanımağa" və İsrailə silah ötürülməsini dayandırmaq da daxil olmaqla, "soyqırımın qarşısını almaq və cəzalandırmaq" üçün tədbirlər görməyə çağırır.
Bəyanatda deyilirdi: "İsrail hökumətinin Qəzzada soyqırımı bitməyib və biz hərəkətə keçənə qədər bitməyəcək."

Qanun layihəsini imzalayan 20 Demokrat Nümayəndələr Palatasının üzvü arasında Andre Karson, Maksin Dekster, Pramila Cayapal, Ro Xanna, Aleksandriya Okasio-Kortez, İlhan Omar və Ayanna Pressli diqqət çəkir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026