Mobil versiya
İtaliyada tələbələr Meloni hökumətinə etiraz edirlər
Tarix: 14-11-2025 | Saat: 18:44
Bölmə:Özəl | çapa göndər

İtaliyada tələbələr Meloni hökumətinə etiraz edirlər
İtaliyanın bir çox şəhərində on minlərlə tələbə Baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi sağçı koalisiya hökumətinin təhsil siyasətinə və İsrailə dəstəyinə etiraz etmək üçün meydanlara axışıb. Paytaxt Roma və Milan, Turin, Neapol, Genuya və Bolonya da daxil olmaqla bir çox şəhərdə orta məktəb və universitet tələbələri "Meloni Günü Yoxdur" çağırışı ilə nümayişlər keçiriblər.

Milanda təxminən 2000 etirazçı toplaşaraq Duomo kimi əlamətdar yerlərin yanından yürüş edərək Meloni hökumətinin təhsil siyasətinə və 2026-cı il büdcəsində təhsildən daha çox müdafiəyə xərclənməsinə etiraz ediblər.


Nümayişdə tələbələr Fələstin bayrağının rənglərində məşəl yandırdılar və həm İsrailin, həm də Meloni hökumətinin ölkəyə verdiyi dəstəyə etiraz olaraq "Məktəblər soyqırıma qarşıdır" və "Soyqırımı dayandırın" yazılı lövhələr tutdular.

Yürüş zamanı çoxsaylı Fələstin bayraqları açıldı, "İsrail, faşist, terrorçu dövlət" şüarları səsləndirildi.

Paytaxt Romada bir qrup tələbə nümayiş zamanı Təhsil Nazirliyinin qarşısına qırmızı boya tökdü.

Ölkənin digər şəhərlərində də keçirilən yürüşlərdə Meloni hökuməti İsrailə əlbir olmaqda ittiham olunaraq etiraz edildi.

İtaliya mətbuatında yer alan xəbərlərdə Turin və Bolonyada keçirilən nümayişlər zamanı tələbələrlə təhlükəsizlik qüvvələri arasında bəzən gərginliyin artdığı və toqquşmaların baş verdiyi bildirilirdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026