Mobil versiya
Cabbarov Elnur Şahmurad oğlunun anım mərasimi keçirilib -Fotolar
Tarix: 14-11-2025 | Saat: 16:31
Bölmə:Özəl | çapa göndər

Cabbarov Elnur Şahmurad oğlunun anım mərasimi keçirilib

44 günlük Vətən müharibəsi şəhidi Cabbarov Elnur Şahmurad oğlunun anım mərasimi keçirilib.

aia.az xəbər verirdi ki, tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Cövhər Sadıqzadə, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənquliyev, şəhidin ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, eləcə də qazilər iştirak ediblər.
Mərasim iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Cabbarov Elnur Şahmurad oğlunun və digər Vətən oğullarının məzarlarını ziyarət edib, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2025