8 NATO üzvü ölkəsi Ukraynaya 500 milyon dollarlıq dəstək paketi ayırıb
Tarix: 13-11-2025 | Saat: 18:53
Bölmə:Özəl | çapa göndər

NATO-nun səkkiz üzvü dövləti ABŞ silah və avadanlıqlarının Ukraynaya tədarükünü də əhatə edən "Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı" (PURL) çərçivəsində Ukraynaya 500 milyon dollarlıq dəstək verəcəklərini açıqladı.
NATO məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin NATO-nun PURL təşəbbüsünün bir hissəsi olaraq ABŞ-dan alınan 500 milyon dollarlıq birgə hərbi texnika və sursat paketi ilə Ukraynaya dəstək verəcəyi açıqlanıb.
Bəyanatda şərhləri yer alan NATO-nun baş katibi Mark Rutte deyib: "Şimal və Baltik müttəfiqlərimiz Ukrayna üçün vacib hərbi texnika ehtiva edən yeni dəstək paketinin maliyyələşdirilməsini öz üzərinə götürərək əhəmiyyətli bir addım atırlar".
Rutte bildirib ki, Ukrayna qış aylarına qədəm qoyduğu üçün bu avadanlıq son dərəcə vacibdir və PURL göndərişlərinin Ukraynaya gəlməyə davam etdiyini qeyd edib.
"NATO müttəfiqləri vacib avadanlıq və ləvazimatları tədarük etməyə davam edəcəklər", Rutte deyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər