Mobil versiya
Pakistan: Ölkədəki terror hücumlarından sonra Əfqanıstana qarşı sərhədyanı əməliyyatları görməzdən gələ bilmərik
Tarix: 12-11-2025 | Saat: 13:38
Bölmə:Özəl | çapa göndər

Pakistan: Ölkədəki terror hücumlarından sonra Əfqanıstana qarşı sərhədyanı əməliyyatları görməzdən gələ bilmərik

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, dünən paytaxt İslamabadda və 10 noyabrda Xayber Paxtunxva əyalətində baş verən terror hücumlarından sonra Əfqanıstana qarşı sərhədyanı əməliyyat ehtimalı istisna edilə bilməz.
Pakistanın Geo News kanalının məlumatına görə, Asif qatıldığı proqramda son iki gündə ölkədə baş verən terror hücumlarını qiymətləndirib.
Asif, Əfqanıstan hökumətinin İslamabadda və Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində baş verən terror hücumlarına görə təəssüfünü bildirən mesajının "səmimiliyin sübutu" hesab edilə bilməyəcəyini iddia etdi.

Əfqanıstan hökumətinin Pakistana "dəfələrlə hücum etdiyini" iddia edən Asif, Hindistan və Əfqanıstana xəbərdarlıq edərək dedi: "Pakistan heç vaxt hərbi əməliyyat başlatmayacaq, lakin biz heç bir hücumu cavabsız qoymayacağıq; biz güclə cavab verəcəyik".

İslabad və Cənubi Vəziristandakı hücumlardan sonra Asif "Əfqanıstan daxilində sərhədyanı əməliyyat ehtimalını istisna etmək olmaz" dedi.

Dünən Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının yaxınlığında baş verən intiharçı hücumunda 12 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Hücumdan sonra Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif hücumu qətiyyətlə qınadılar.

Əfqanıstan Xarici İşlər Nazirliyi İslamabadda baş verən intiharçı hücumunu və Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsindəki bir məktəbə edilən terror hücumunu qınadı və kədərləndiyini bildirdi.

Bu arada, Pakistan mediası Pakistan Talibanının (TTP) İslamabadda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026