Mobil versiya
Şəhidi Hacıyev Şükür Aslan oğlunun anım mərasimi keçirilib -Fotolar
Tarix: 06-11-2025 | Saat: 16:08
Bölmə:Özəl | çapa göndər

Şəhidi Hacıyev Şükür Aslan oğlunun anım mərasimi keçirilib

44 günlük Vətən müharibəsi şəhidi Hacıyev Şükür Aslan oğlunun anım mərasimi keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Cabir Əvəzzadə, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi Kənan Quliyev, şəhidin ailə üzvləri, müharibə veteranları, Laçın və Ağdam rayon ictimaiyyətinin nümayəndələri, eləcə də qazilər iştirak ediblər.

Mərasim iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Hacıyev Şükür Aslan oğlunun və digər Vətən oğullarının məzarlarını ziyarət edib, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2025