Mobil versiya
MDB ölkələri birgə serial çəkəcək
Tarix: 04-11-2025 | Saat: 17:30
Bölmə:Şou-biznes | çapa göndər

MDB ölkələri birgə serial çəkəcək

MDB ölkələri SSRİ xalqlarının Böyük Vətən Müharibəsində qələbəyə töhfələrindən bəhs edən “İskra” adlı birgə serial çəkəcəklər.

aia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Səkkiz hissədən ibarət layihə əsgər və komandirlərin hekayələrindən bəhs edəcək. Süjet Sovet İttifaqının hər yerindən onlarla millətin nümayəndələrinin çiyin-çiyinə vuruşduğu əsl diviziyanın döyüş tarixinə əsaslanacaq.

""İskra"nın yeni seriyası nəinki genişmiqyaslı layihə olmaqla yanaşı, həm də ümumi tarixi yaddaşın və əbədi dəyərlərin - cəsarət, qəhrəmanlıq və Vətənə sədaqət kimi dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verəcək. Serialın MDB ölkələrindən olan tərəfdaşlarla birgə yaradılması bizim üçün xüsusi əhəmiyyət kəsb edir, bizim ümumi mədəni məkanımızı və xalqlar arasında əlaqəni vurğulayır", - deyə açıqlanan bəyanatda qeyd olunub.

Həyata keçirilən layihəyə yüksək səviyyəli tarixi dəqiqliyi təmin etmək üçün tarixi məsləhətçilər qrupu cəlb olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025