Mobil versiya
`Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir` - Prezident
Tarix: 23-02-2017 | Saat: 14:54
Bölmə:Siyasət / Manşet / Seçilənlər | çapa göndər

`Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir` - Prezident


“Azərbaycan Avropa Komissiyası ilə mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı deyib. Prezidentin sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi gələcək əlaqələr üçün çox vacib amildir.

Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”nin gələcək enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolundan söz açıb, müasir Azərbaycanın nailiyyətlərinin bu sahədə mümkün olduğunu bildirib.

““Cənub Qaz Dəhlizi" layihəsinin icrası gələcək əlaqələr üçün vacib amildir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. “Cənub Qaz Dəhlizi" layihəsinin icrasında “Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.

“Cənub Qaz Dəhlizi” nin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan və Türkiyə arasında “TANAP” layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin “Transadriatik” boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan dövlət başçısı bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını diqqətə çatdırıb.

“Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan “Abşeron” qaz yatağının işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq. “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlər yüksək standartlara əsaslanır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024