Mobil versiya
Qəzza hökuməti partlamamış hərbi sursat barədə ictimaiyyəti xəbərdar etdi
Tarix: 24-10-2025 | Saat: 19:58
Bölmə:Özəl | çapa göndər

Qəzza hökuməti partlamamış hərbi sursat barədə ictimaiyyəti xəbərdar etdi
Qəzzada təxminən 20.000 partlamamış mərmi və raket mülki əhali üçün ciddi təhlükə yaradır.


Qəzza hökuməti ictimaiyyəti İsrailin iki ildir davam edən soyqırımının qalığı olan partlamamış sursatlara yaxınlaşmamaq barədə xəbərdar edib.

Qəzza hökumətinin media ofisindən verilən yazılı açıqlamada bildirilir ki, İsrail ordusuna məxsus partlamamış sursatlara və şübhəli əşyalara toxunmaq ölüm və yaralanmalara səbəb olub.


İctimaiyyətə belə sursat tapdıqları təqdirdə dərhal ərazini tərk etmələri və ona heç vaxt toxunmamaları tövsiyə edilib.

Gün ərzində səhiyyə mənbələri Qəzza şəhərinin mərkəzindəki Əl-Cala küçəsində şübhəli bir əşyanın partlaması nəticəsində bir uşağın yaralandığını bildirib.

Qəzza hökuməti 17 oktyabrda Qəzzada təxminən 20.000 partlamamış mərmi və raket olduğunu və bunun mülki şəxslər üçün təhlükə yaratdığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025