Ana Sayfa > Siyasət > Tokayev İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib
Tokayev İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edibDünən, 13:02. Yazar: sevinc1 |
![]() Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib. aia.az xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”. Kasım-Jomart Tokayev onu da qeyd edib ki, müasir Azərbaycanın bütün nəzərəçarpan nailiyyətləri Prezident İlham Əliyevin qurucu, güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır. aia.az Geri dön |