Mobil versiya
Deputatlarımız ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
Tarix: 21-02-2017 | Saat: 19:27
Bölmə:Siyasət | çapa göndər

Deputatlarımız ATƏT PA-nın qış sessiyasında iştirak edəcək


ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, sessiya çərçivəsində daimi komitənin, siyasi məsələlər və təhlükəsizlik komitəsinin, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin və demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasları keçiriləcək. İclaslarda ATƏT PA-nın fəaliyyəti barədə məruzələr dinləniləcək, "Böhran dövründə insan hüquqlarının müdafiəsi”, "ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə”, "Su ehtiyatlarının idarə olunması: su təhlükəsizliyi probleminin həlli və iqlim dəyişikliyi ilə mübarizə”, "Artan populizm fonunda insan hüquqlarının müdafiəsi” mövzularında müzakirələr aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibət bildirəcəklər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5389 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}