Mobil versiya
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanına çevrilib
Tarix: 13-10-2025 | Saat: 16:08
Bölmə:Özəl | çapa göndər

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanına çevrilib
İstanbul Hava Limanı 29 sentyabr - 5 oktyabr tarixlərini əhatə edən dövrdə gündə orta hesabla 1580 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeyd edildi.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 29 sentyabr-5 oktyabr tarixləri üçün “Avropa Aviasiya Hesabatı”nı dərc edib.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündəlik orta hesabla 1580 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul Hava Limanından sonra 1398 gündəlik uçuşla Amsterdam, 1393 günlük uçuşla Frankfurt, 1358 günlük uçuşla Paris Şarl De Qoll hava limanı və 1338 günlük uçuşla London Hitrou hava limanı yer alıb.

Antalya Hava Limanı gündəlik 968 uçuşla Avropanın ən işlək hava limanı sıralamasında 9-cu yerdədir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2025