Mobil versiya
Alman siyasətçi Leninqradın mühasirəyə alınmasına görə rus dilində üzr istəyib
Tarix: 08-10-2025 | Saat: 21:58
Bölmə:Özəl | çapa göndər

Alman siyasətçi Leninqradın mühasirəyə alınmasına görə rus dilində üzr istəyib

Qərbi Almaniya siyasətçisi İkinci Dünya Müharibəsi zamanı Leninqradın mühasirəyə alınmasına görə açıq şəkildə üzr istəyib. Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Niemeyer Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda çıxışı zamanı auditoriyaya rus dilində müraciət edib.
"Xanımlar və cənablar, mən Leninqradın mühasirəyə alınmasına görə üzr istəyirəm. Mən Leninqradın mühasirəsini xatırlayıram və həlak olanların qarşısında baş əyirəm. Yalnız onu deyə bilərəm ki, biz almanlar bunun bir daha olmasını istəmirik", - Niemeyer forumun tribunasından bəyan edib.
Niemeyer öz hərəkətini onunla izah edib ki, Rusiyaya səfər edən almanlar iki dünya müharibəsinin iki ölkə arasındakı münasibətlərə təsirini hiss edirlər. Alman siyasətçinin sözləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Ralf Niemeyer daha əvvəl Rusiya vətəndaşlığı üçün müraciət etmişdi və izah etdi ki, Rusiyada özünü evdəki kimi hiss edir və Alman hakimiyyət orqanlarının təqiblərindən qorxurdu. Onun alman pasportu bloklanıb və onu Almaniyada cinayət təqibi gözləyir. O, hazırda müvəqqəti sənədlə Rusiyadadır və rus dilini öyrənir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2025