Mobil versiya
ABŞ prezidenti Tramp Türkiyənin Qəzzada atəşkəs üçün səylərini vurğulayıb
Tarix: 07-10-2025 | Saat: 08:15
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Tramp Türkiyənin Qəzzada atəşkəs üçün səylərini vurğulayıb
ABŞ prezidenti Donald Tramp, Türkiyənin digər ölkələrlə birlikdə Qəzzada atəşkəs prosesi üçün əhəmiyyətli səylər göstərdiyini vurğulayaraq, "Mən razılaşacağımızı düşünürəm, bəli, olacağına əminəm" dedi.
ABŞ prezidenti Tramp Oval Ofisdə Qəzzada atəşkəs planı ilə bağlı mətbuata müraciət edib. Tramp, "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım. O, gözəl və çox güclü insandır. O, (Qəzzada) bu razılaşmanı əldə etmək üçün çox çalışır. Həmas da ona böyük hörmət bəsləyir".

ABŞ prezidenti Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrin Qəzzada atəşkəs planının həyata keçirilməsinə mühüm töhfələr verdiyinə diqqət çəkərək, "Hər kəs bizim tərəfimizdədir" dedi.

ABŞ prezidenti Misirdə davam edən danışıqların yaxşı getdiyini qeyd edərək, "Məncə, razılığa gələcəyik, bəli, olacağına əminəm" dedi.

Tramp həmçinin İsrailin bu planı çox müsbət qəbul etdiyini və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünün müsbət keçdiyini və razılaşmanın həyata keçiriləcəyinə inandığını qeyd edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2025