Binəqədi rayonu 335 nömrəli tam orta məktəbin kollektivini təbrik edirik!
Tarix: 05-10-2025 | Saat: 12:16
Bölmə:Özəl | çapa göndər

Bu gün ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakının Binəqədi rayonunda da təhsilin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Bu səylərin nəticəsi olaraq, rayonda ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin sayı ildən-ilə artır. Təhsilin ümumi inkişaf dinamikasında Binəqədi qəsəbəsində yerləşən 335 nömrəli tam orta məktəbin əldə etdiyi uğurlar və qabaqcıl təcrübəsi xüsusi diqqətə layiqdir.
Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ildə bu məktəbin açılışında şəxsən iştirak etmişdir. Belə yüksək diqqət və etimad qarşısında məktəbin pedaqoji kollektivi də direktor Aynurə xanım Nəzərlinin rəhbərliyi ilə daha böyük əzmlə çalışaraq mühüm uğurlara imza atmaqda davam edir. Tədris prosesinin yüksək səviyyədə təşkili, şagirdlərin müxtəlif xarakterli tədbirlərə fəal şəkildə cəlb olunması, onların hərtərəfli – həm bilikli, həm fiziki və mənəvi cəhətdən sağlam, milli vətənpərvərlik ruhunda yetişdirilməsi 335 nömrəli məktəbin fəaliyyətində əsas prinsiplər kimi çıxış edir.
Bu gün dünya miqyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Bu əlamətdar gün müəllim əməyinin çətin, eyni zamanda şərəfli missiyasını bir daha dəyərləndirmək üçün gözəl fürsətdir. Biz də redaksiya heyəti olaraq, başda Aynurə xanım Nəzərli olmaqla 335 nömrəli tam orta məktəbin bütün kollektivini Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində onlara daha böyük uğurlar arzulayırıq!
Elçin Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-10-2025
14:01 Cəbrayılın işğalı
04-10-2025