Vyetnamdan olan tələbələr Almaniyada itkin düşüb
Tarix: 03-10-2025 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

Bild qəzetinin məlumatına görə, Berlində vyetnamlı tələbələrin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.
Weissensee bölgəsindəki Brillat-Savarin Otel İdarəetmə Məktəbində təxminən 700 vyetnamlı tələbənin üçdə biri iz qoymadan yoxa çıxıb. Müəllimlər qeyd edirlər ki, gənc vyetnamlıların çoxu dil sertifikatına malikdir, lakin alman dilini az bilir.
Nəşrin məlumatına görə, itkin düşən tələbələrdən bəziləri qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olublar.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyasının (SPD) miqrasiya siyasətini sərtləşdirməyə razılaşdığını açıqlamışdı.
Onun sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi və sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. CDU/CSU həmçinin Əfqanıstan da daxil olmaqla qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmaq və polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2025