ABŞ prezidenti Tramp HƏMAS-asaat 1:00-a qədər vaxt verib
Tarix: 03-10-2025 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Donald Tramp, elan etdiyi Qəzza planının yaxşı olduğunu müdafiə edərək, "Razılaşma əldə etmək" üçün HƏMAS-a 6 oktyabr GMT bazar ertəsi saat 01:00-a qədər vaxt verdiyini açıqladı.
ABŞ prezidenti Tramp Truth Social hesabından verdiyi açıqlamada HƏMAS-ı Qəzzada atəşkəs planını qəbul etməyə çağırıb.
Qəzzada atəşkəs planının bölgə ölkələri tərəfindən qəbul edildiyini və "bölgəyə sülh gətirəcək yaxşı bir plan" olduğunu vurğulayan Tramp, razılaşmanı qəbul etmək üçün Həmas-a bazar ertəsi Türkiyə vaxtı ilə saat 1:00-a qədər (bazar günü Şərq vaxtı ilə 18:00) vaxt verdiyini bildirib.
Razılaşma əldə olunarsa şiddətin sona çatacağını qeyd edən Tramp, "Bu, hamı üçün böyük bir razılaşmadır. Əgər bu son şans razılaşması əldə olunmazsa, HƏMAS üçün heç vaxt olmadığı qədər fəlakət olacaq" deyib.
Razılaşma əldə olunarsa, qalan HƏMAS döyüşçülərinə toxunulmayacaqlarını bildirən Tramp bunu HƏMAS-ın “son şansı” elan edib.
Tramp bölgədəki fələstinlilərin Qəzzanın daha təhlükəsiz bölgələrinə köçməsini istədiyini və bütün məhbusların dərhal azad edilməli olduğunu bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2025