Mobil versiya
Sumud Flotilla fəalları İsrail nazirinin təxribatına “Azad Fələstinə” şüarı ilə cavab veriblər
Tarix: 03-10-2025 | Saat: 18:02
Bölmə:Özəl | çapa göndər

Sumud Flotilla fəalları İsrail nazirinin təxribatına “Azad Fələstinə” şüarı ilə cavab veriblər

Qəzzaya humanitar yardım gətirmək üçün yola çıxan Qlobal Sumud Flotilla fəalları saxlandıqları Aşdod limanına gələrək onları “terrorçu” adlandıran İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri Ben-Qvirə “Azad Fələstini” şüarı ilə cavab veriblər.
Sosial mediada paylaşılan görüntülərdə, İsraildə hüquq-mühafizə orqanlarından məsul olan ifrat sağçı lider Ben-Qvir, İsrail ordusu tərəfindən qeyri-qanuni olaraq saxlanılan Qlobal Sumud Flotilla fəallarının Aşdod Limanında saxlandığı əraziyə gəlib.
Aktivistlərin ard-arda yerdə oturduğunu göstərən videoda Ben-Qvirin "Bu adamlara baxın, qatillərin tərəfdarları. Yeri gəlmişkən, onların gəmiləri çirkab içində idi. Onlar Qəzzaya kömək etməyə, terrorçulara kömək etməyə gəlmişdilər. Bunlar terrorçudur..."

Fəalların “Azad Fələstini” şüarları səsləndirməyə başladığı vaxt videonun kəsilməsi diqqət çəkib.

Ben-Qvir daha sonra gəmilərin yardım daşımadığını iddia edərək, İsrail ordusu tərəfindən qanunsuz olaraq ələ keçirilən flotiliyada gəmilərdən birinə minib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025