Mobil versiya
İsrailin Livanın cənubunda hava hücumları meşə yanğınlarına səbəb olub
Tarix: 03-10-2025 | Saat: 15:56
Bölmə:Özəl | çapa göndər

İsrailin Livanın cənubunda hava hücumları meşə yanğınlarına səbəb olub
İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərinə “zorakı” hava hücumları geniş meşə yanğınlarına səbəb olub.
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu səhər saatlarında Yuxarı Nəbatiyyə qəsəbəsinin şimal kənarındakı Əli Tahir meşələrini hədəfə alıb.

Hesabatda hava hücumları zamanı çoxsaylı raketlərin atıldığı, partlayışların cənubda bir neçə bölgədə hiss edildiyi və böyük meşə yanğınlarına səbəb olduğu bildirilib.

Tələfatın göstərilmədiyi hesabatda hücumların ətrafdakı onlarla evə zərər verdiyi, bəzi binaların çatladığı, çox sayda ev və iş yerinin şüşələrinin sındığı qeyd edilib.

Bildirilib ki, Əli Tahir meşələri müharibə başa çatdıqdan sonra dördüncü dəfədir ki, belə intensiv hücumlara məruz qalıb.

Bu arada İsrail ordusundan verilən açıqlamada Hizbullahın silah anbarları, hərbi binaları və yeraltı infrastrukturlarının hədəf alındığı iddia edilib.

Bəyanatda vurğulanır ki, İsrail “təhdid edənləri aradan qaldırmaq üçün səylərini” davam etdirəcək.

Ötən gün İsrail ordusunun Livanın cənubundakı Cazzin şəhərinin əl-Curmuk bölgəsində hərəkətdə olan avtomobilə endirdiyi hava hücumu nəticəsində iki mühəndis həlak olub.

İsrail 2023-cü ilin oktyabrında Livana hücumlara başlayıb və bu proses 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə çevrilib. Toqquşmalarda 4000-dən çox insan həlak olub, təxminən 17.000 nəfər yaralanıb.

Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə əldə edilmiş atəşkəs razılaşması əsasında yaradılmış Atəşkəs Nəzarət Komitəsinə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL), Livan, İsrail, həmçinin Fransa və ABŞ daxildir.

Rəsmi məlumatlara görə, İsrail razılaşmanı 4500 dəfədən çox pozub, nəticədə azı 281 nəfər ölüb, 624 nəfər yaralanıb.

Livana qurudan hücumlar zamanı sərhəddə yerləşən qəsəbələrə daxil olan İsrail ordusu atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq, 5 məntəqəni işğal etməyə davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025