Türk dünyasının ortaq gücü olan Türk Dövlətləri Təşkilatının 16 yaşı tamam olur
Tarix: 03-10-2025 | Saat: 14:22
Bölmə:Özəl | çapa göndər

Türk dünyasının inteqrasiya prosesində çətir təşkilatı olan Türk Dövlətləri Təşkilatı (TDT) 16 illik yubileyini qeyd edir.
Əvvəlcə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)” kimi tanınan TDT-nin əsası 2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanmış Naxçıvan Sazişi ilə qoyulmuşdur.
Ortaq tarixi və mədəni dəyərləri paylaşan türk dünyasını inteqrasiya etməyi hədəfləyən TDT, üzv ölkələrlə iqtisadiyyat və siyasətdən təhsil və mədəniyyət, müdafiə və təhlükəsizlik, nəqliyyat və gömrük, turizm və idmana qədər geniş sahədə əməkdaşlıq üçün zəmin yaradır.
Hazırda regional miqyasda tanınmağa başlayan TDT türk dünyasının kollektiv gücünü təmsil edən və geosiyasi təsirini artıran beynəlxalq təşkilata çevrilib. Bu ildən etibarən 4,25 milyon kvadrat kilometr ərazini və təxminən 160 milyon əhalisini əhatə edən üzv ölkələri ilə təşkilat türk dünyasının kollektiv gücünü təmsil edən və geosiyasi təsirini artıran beynəlxalq təşkilata çevrilib.
2021-ci il noyabrın 12-də İstanbulda keçirilən dövlət başçılarının 8-ci Zirvə toplantısında Türk Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi türk dünyasında beynəlxalq aləmdə inteqrasiya prosesində yeni dövrün başlanğıcı kimi şərh edilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDT-nin tamhüquqlu üzvləri, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTC) isə müşahidəçi statusuna malikdirlər.
Qərargahı İstanbulda yerləşən TDT Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksək vəzifəli şəxslər komitəsi və Katiblikdən ibarətdir.
Bundan əlavə, TDT Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu və Türk Mədəniyyəti və İrsi Fondu kimi əməkdaşlıq mexanizmləri üçün çətir təşkilatı rolunu oynayır.
TDT həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.
Macarıstanın paytaxtı Budapeştdə nümayəndəliyini açan TDT müşahidəçi üzv Macarıstanla, həmçinin Aİ, ATƏT, İƏİT, Vişeqrad Qrupu kimi qurumlarla əlaqələrini gücləndirmək və Avropada nüfuzunu artırmaq məqsədi daşıyır.
“Türk Dünyası-2040 Baxış Sənədi” ilə gələcəyə dair strateji hədəflərini müəyyən edən TDT qarşılıqlı etimadı gücləndirmək, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlıq imkanlarını artırmaq, insani münasibətləri möhkəmləndirmək, Türk dünyasının tarixi və mədəni irsini qoruyub saxlamaq məqsədi daşıyır.
Son 16 il ərzində TDT təkcə dövlət qurumları arasında deyil, həm də qardaş icmalar arasında əlaqələri gücləndirmişdir.
Tərəfdaş təşkilatların fəaliyyəti xalqların ortaq dəyərlərinə marağı artırıb və bu günlərdə Türk Akademiyasının Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfli Ortaq Türk Əlifbası ilə bağlı konsensus əldə etməsi xəbəri türk dünyasında böyük sevinclə qarşılanıb.
TDT Sammiti “Regional Sülh və Təhlükəsizlik” mövzusu altında toplanacaq.
Yarandığı gündən dövlət başçıları səviyyəsində 11 sammit təşkil edən TDT oktyabrın 7-də “Regional Sülh və Təhlükəsizlik” mövzusunda 12-ci sammitini Azərbaycanda keçirməyə hazırlaşır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər