Mobil versiya
Elon Maskın sərvəti 500 milyard dollara çatıb
Tarix: 02-10-2025 | Saat: 07:58
Bölmə:Özəl | çapa göndər

Elon Maskın sərvəti 500 milyard dollara çatıb
Tesla-nın baş direktoru Elon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs oldu
Forbes-in real vaxt milyarderlər siyahısına görə, Muskın sərvəti Türkiyə vaxtı ilə saat 22:30-da 500 milyard dollara çatıb.

Ticarət gününün sonuna Maskın sərvəti 499,1 milyard dollar səviyyəsində qeydə alınıb.

Maskın sərvətinin yüksəlməsinə Tesla səhmlərinin bərpası, həmçinin onun süni intellektlə işləyən xAI startapının və onun kosmik şirkəti SpaceX-in yüksək qiymətləndirilməsi səbəb olub.

Elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri ilin əvvəlindən təxminən 14 faiz dəyər qazanıb.

Maskı Forbes-in Milyarderlər siyahısında Oracle-ın qurucusu Larri Ellison və Meta-nın qurucusu Mark Zukerberq izlədi.

2020-ci ilin avqustunda sərvəti 100 milyard dolları keçən Mask, təxminən 190 milyard dollar sərvəti ilə ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı adamı adını qazandı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2025