Yaponiyada istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı ilk dəfə olaraq 100 mini ötüb
Tarix: 01-10-2025 | Saat: 20:28
Bölmə:Özəl | çapa göndər

Yaponiyada bu ilin may-28 sentyabr tarixləri arasında istilik vurması səbəbindən xəstəxanalara 100 mindən çox insan müraciət edib.
NHK dövlət televiziyasının məlumatına görə, Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi (FDMA) mayın 28-dən sentyabrın 28-dək ölkə üzrə 100 143 nəfərin isti vurması səbəbindən xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Bu, Yaponiyada yüksək temperatur dövründə istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayının ilk dəfə 100 mini ötməsidir.
Açıqlamada bu il 116 xəstənin istidən öldüyü, xəstəxanaya yerləşdirilənlərdən 36 488 nəfərinin stasionar müalicə aldığı deyilib.
Açıqlamada isti vuranların 57 235 nəfərinin 65 və daha yuxarı yaşda olduğu vurğulanıb.
Keçən il Yaponiyada 97 578 nəfər istilik vurması səbəbindən xəstəxanalara müraciət edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər