BMT Trampın Qəzza sülh planını elan etməsini alqışlayır
Tarix: 30-09-2025 | Saat: 19:45
Bölmə:Özəl | çapa göndər

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə nail olmaq məqsədi ilə təqdim etdiyi sülh planını alqışlayıb.
BMT Baş katibinin sözçüsü Trampın təqdim etdiyi sülh planı ilə bağlı yazılı açıqlama verib. Bəyanatda deyilir: "Baş katib dünən ABŞ prezidenti Trampın Qəzza zolağında və bölgədə atəşkəs və davamlı sülh əldə etməyi hədəfləyən bəyanatını alqışlayır. O, həmçinin ərəb və müsəlman dövlətlərinin bu məqsədə çatmaqda oynadığı mühüm rolu yüksək qiymətləndirir".
Bəyanatda sazişə və onun həyata keçirilməsinə sadiq qalan bütün tərəflərin həyati əhəmiyyəti vurğulanmış, prioritet məsələnin bu münaqişənin yaratdığı hədsiz iztirabın aradan qaldırılmasına yönəldilməli olduğu vurğulanmışdır.
Bəyanatın davamı olaraq, "Baş katib Qəzzada dərhal və daimi atəşkəs, bütün Qəzzəyə məhdudiyyətsiz humanitar giriş və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını təkrarlayır və bunun iki dövlətli həll üçün əlverişli şərait yaradacağına ümid edir".
Ağ Ev ABŞ prezidenti Trampın “Qəzza münaqişəsinə son qoymaq üçün hərtərəfli plan” adlı 20 bəndlik təklifini açıqlayıb.
Ağ Evdə qəbul etdiyi İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp tərəflərin planı qəbul etməsi halında “müharibə”nin dərhal sona çatacağını, İsrailin mərhələli şəkildə Qəzzadan çəkiləcəyini, Qəzzada HƏMAS-dan məhrum yeni proses başlayacağını və bütün girovların azad ediləcəyini bildirib.
Netanyahu da planı dəstəkləyərək, onun “müharibə məqsədlərinə çatdığını” bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2025