Mobil versiya
ABŞ-da bəzi mallara gömrük rüsumları tətbiq edilib
Tarix: 30-09-2025 | Saat: 08:59
Bölmə:Özəl | çapa göndər

ABŞ-da bəzi mallara gömrük rüsumları tətbiq edilib

ABŞ Prezidenti Donald Tramp xam və emal olunmuş taxta-şalban idxalına 10 faiz, bəzi yumşaq ağac məhsulları, mətbəx və vanna otağı şkaflarına isə 25 faiz rüsum tətbiq edilməsini nəzərdə tutan prezident bəyannaməsi verib.
Ağ Evin paylaşdığı açıqlamaya görə, ABŞ Ticarət Nazirliyi tərəfindən aparılan araşdırma, ağac məhsullarının idxalının ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını müəyyən edib.Bu çərçivədə xam və işlənmiş taxta-şalban idxalına 10 faiz gömrük rüsumu tətbiq ediləcək.

Bəzi yumşaq ağac məmulatlarının idxalına 25 faiz gömrük rüsumu tətbiq olunacaq və bu dərəcə 2026-cı il yanvarın 1-dən 30 faizə çatdırılacaq.

Mətbəx və hamam şkaflarına tətbiq edilən 25 faizlik gömrük rüsumu da 2026-cı il yanvarın 1-dən 50 faizə qaldırılacaq.

Bu tarif dərəcələri oktyabrın 14-dən qüvvəyə minəcək.Tarif dərəcələri ABŞ ilə ticarət müqavilələri olan əsas iqtisadiyyatlar üçün daha aşağı olacaq. Böyük Britaniyadan gələn ağac məmulatlarına rüsum 10%-i, Aİ və Yaponiya məhsullarına isə 15%-i keçməyəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025