27 Sentyabr: ZƏFƏRİN QANLA YAZILDIĞI GÜN
Tarix: 26-09-2025 | Saat: 10:46
Bölmə:Özəl | çapa göndər

Hər il sentyabrın 27-si gələndə Azərbaycan xalqı həm dərin bir kədərlə titrəyir, həm də sonsuz bir qürurla döyünür. Bu tarix, otuz ilə yaxın davam edən işğalın və tarixi ədalətsizliyin sonuna gedən yolun başlanğıcı, şanlı Zəfərin ilk addımı idi. Bu, sadəcə bir hərbi əməliyyat deyil, uzun illər davam edən zülmə və yalanlara verilən ən tutarlı, ən cəsur cavab idi. Münaqişənin kökləri Ermənistanın iki əsrdən artıq davam edən düşmənçilik siyasətinə dayanır. Çar Rusiyası dövründə əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilərin düşmənçilik siyasəti 1905-1907-ci və 1918-ci illərdə on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə səbəb olmuş, 1948-1953-cü illərdə və 1988-ci ildə isə 450 minə yaxın soydaşımız öz ata-baba yurdlarından zorla deportasiya edilərək Ermənistanı monoetnik bir dövlətə çevirmişdilər. Bu tarixi vəhşiliklərə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə siyasi-hüquqi qiymət verilmiş, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ermənistanın işğalçı siyasətinin ən qanlı səhifəsi 1992-ci ilin fevralında 613 dinc insanın amansızcasına qətlə yetirildiyi Xocalı soyqırımı oldu. Münaqişənin dinc yolla həllinə dair bütün cəhdlər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun riyakarlığı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasız qalması səbəbindən heç bir nəticə vermədi. Bütün bu ədalətsizliklər münaqişənin yalnız hərbi yolla həllini qaçılmaz etmişdi.
Otuz il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün taleyi yaşadı. İşğal altında qalan torpaqlarda şəhər və kəndlərimiz yerlə-yeksan edildi, misilsiz mədəni irsimiz – 67 məsciddən 65-i, 22 muzey, 927 kitabxana – dağıdıldı və ya vəhşicəsinə təhqir edildi. Bu illər ərzində erməni təxribatları davam etdi, dinc əhaliyə fasiləsiz atəş açıldı. 2016-cı il Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşləri Ermənistanın işğalçı niyyətindən əl çəkmədiyini bir daha göstərdi. Nəhayət, 27 sentyabr 2020-ci ildəki növbəti hərbi təxribat Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" kimi səslənən əks-hücum əmri ilə qarşısıalınmaz Vətən müharibəsinin başlanmasına səbəb oldu. Düşmənin namərd atəşi nəticəsində 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu.

Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı işğalla barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun geri qaytaracaq. Bu qətiyyətli bəyanat 44 gün davam edən Vətən müharibəsində tam şəkildə özünü doğrultdu. Onun rəhbərliyi altında Azərbaycan Ordusu dünya hərb tarixinə yeni taktikalarla daxil oldu, düşmənin illər boyu qurduğu müdafiə xətlərini qısa müddətdə darmadağın etdi. Müzəffər Ali Baş Komandanın əmri ilə hərbi əməliyyatlar yalnız cəbhədə deyil, həm də diplomatik və informasiya sahələrində də uğurla davam etdi. O, onlarla xarici KİV-ə müsahibələr verərək Azərbaycana qarşı informasiya blokadasını yardı və müharibənin əsl həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdı.
Qəhrəman əsgərlərimiz 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Xüsusilə Şuşanın azad edilməsindən sonra düşmən təslim oldu və 10 noyabr Bəyanatı ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz qaytarıldı. Bu Zəfər Azərbaycan Silahlı Qüvvələrinin gücünü, modernliyini və peşəkarlığını sübut etdi. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı. Ordumuzun tətbiq etdiyi döyüş taktikaları dünyanın aparıcı hərbi mütəxəssisləri, o cümlədən ABŞ-ın Milli Müharibə Kolleci və Pentaqon tərəfindən öyrənilir. "Dəmir yumruq" birliyi ideologiyası bütün Azərbaycan xalqını birləşdirərək böyük Qələbənin təməlini qoydu. Rəsmi İrəvanın dinc şəhərlərimizi ballistik və kasetli bombalarla atəşə tutması, mina cinayətləri törətməsi isə müharibə cinayətlərinin sübutu oldu.
Prezident İlham Əliyev qələbənin memarı kimi, hər bir addımını xalqın mənəvi dəyərləri və maraqları üzərində qurdu. Müzəffər Ali Baş Komandan şəhidlərin xatirəsinə və qazilərə olan ali ehtiramını da daim nümayiş etdirdi. O, öz çıxışlarında Vətən müharibəsini ədalətli və haqlı savaş adlandırdı. Onun sərəncamı ilə 27 sentyabr Anım Günü elan edildi, müharibə iştirakçıları yeni orden və medallarla təltif olundu. Dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı – mənzillər, avtomobillər və reabilitasiya proqramları – bu dəstəyin aydın təzahürüdür. “YAŞAT” Fondu vasitəsilə vətəndaş cəmiyyəti də bu dəstəyə qoşulmuşdur. İndiyədək 10 mindən artıq şəhid ailəsi və müharibə əlili mənzillərlə, 7 mindən artıq minik avtomobili ilə təmin olunmuşdur. Bütün bunlar dövlətin şəhid ailələrinə və qazilərə verdiyi dəyərin təcəssümüdür. Beləliklə, Prezident İlham Əliyev 17 illik hakimiyyətinin zirvəsini Qarabağ Zəfəri ilə qeyd etdi. O, Ordu quruculuğu sahəsindəki məqsədyönlü siyasəti ilə bir xalqın 30 illik həsrətinə son qoyan Lider oldu. Onun qətiyyəti, rəhbərliyi və sarsılmaz vətənpərvərliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Kəmalə Həsənova
Gəncə Dövlət Universitetinin
tarix-coğrafiya fakültəsinin
II kurs tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər