İLHAM ƏLİYEV DÜNYAYA MÜRACİƏT EDİR – BMT – DƏ KEÇİRİLƏN MÜHÜM GÖRÜŞLƏR
Tarix: 25-09-2025 | Saat: 09:53
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də
BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası
çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. BMT-nin Baş katibi
Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı
salamlayıb. Qeyd edim ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş
Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir.
“Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna
həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi
yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər
mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək. Azərbaycan
Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və bu
çərçivədə apardığı fəaliyyətlər, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və qlobal
gündəlikdə yer alan əsas məsələlərə töhfə vermək istədiyini bir daha nümayiş etdirir. Bu,
Prezident Əliyevin xarici siyasət kursunun – balanslı, milli maraqlara əsaslanan və strateji
tərəfdaşlıqlar üzərində qurulmuş diplomatik xəttinin davamıdır. BMT-nin Baş
Assambleyasının 80-ci sessiyası “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan
hüquqları naminə” mövzusuna həsr olunub. Bu, beynəlxalq münasibətlər sistemindəki əsas
problemləri – qlobal münaqişələr, iqlim böhranı, davamlı inkişaf məqsədləri və insan
hüquqları kimi prioritet sahələri əhatə edir. Prezident İlham Əliyevin bu sessiyada iştirakı bir
neçə vacib istiqamətdə dəyərləndirilə bilər. Azərbaycanın regional güc kimi statusunun
gücləndirilməsi – Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq, xüsusilə
2020-ci ildən sonra, beynəlxalq gündəliyin ayrılmaz hissəsinə çevrilib. Enerji
təhlükəsizliyində Azərbaycanın rolu sürətlə güclənir. Prezident Əliyev Aİ və digər Qərb
dövlətləri ilə əməkdaşlığı genişləndirərək Azərbaycanın strateji enerji tərəfdaşına çevrildiyini
dəfələrlə vurğulayıb. İqlim məsələlərində ölkəmiz təşəbbüskar mövqenin sahibidir. COP29-a
ev sahibliyi edən ölkə kimi, Azərbaycan Prezidentinin bu mövzuda liderliyi beynəlxalq
səviyyədə xüsusi diqqət çəkir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatında liderlik
etmiş ölkə kimi kimi aktiv rol oynayıb və Prezident Əliyev qlobal ədalətsizliklərə qarşı
çıxışları ilə çıxış edib. Prezident İlham Əliyev bu sessiyada çıxışı və danışıqları ilə qlobal
lider kimi yeni bir mərhələyə keçid etdiyini nümayiş etdirir. Azərbaycanın beynəlxalq
mötəbər platformalarda fəal iştirakı, ölkənin diplomatik nüfuzunun artırılmasına və xarici
siyasətdə proaktiv mövqenin qurulmasına xidmət edir. Regional məsələlərdə Azərbaycanın
tutduğu sabitlik yaradan rol, Prezidentin çıxışlarında dəfələrlə vurğulanır və bu da ölkənin
geosiyasi çəkisinin artdığını sübut edir.
Əfsanə İbrahimova
YAP ŞİRVAN ŞƏHƏR TƏŞKİLATININ Fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər