Ana Sayfa > Siyasət > İLHAM ƏLİYEV DÜNYAYA MÜRACİƏT EDİR – BMT – DƏ KEÇİRİLƏN MÜHÜM GÖRÜŞLƏR
İLHAM ƏLİYEV DÜNYAYA MÜRACİƏT EDİR – BMT – DƏ KEÇİRİLƏN MÜHÜM GÖRÜŞLƏRBu gün, 09:53. Yazar: azer |
![]() Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb. Qeyd edim ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və bu çərçivədə apardığı fəaliyyətlər, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və qlobal gündəlikdə yer alan əsas məsələlərə töhfə vermək istədiyini bir daha nümayiş etdirir. Bu, Prezident Əliyevin xarici siyasət kursunun – balanslı, milli maraqlara əsaslanan və strateji tərəfdaşlıqlar üzərində qurulmuş diplomatik xəttinin davamıdır. BMT-nin Baş Assambleyasının 80-ci sessiyası “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunub. Bu, beynəlxalq münasibətlər sistemindəki əsas problemləri – qlobal münaqişələr, iqlim böhranı, davamlı inkişaf məqsədləri və insan hüquqları kimi prioritet sahələri əhatə edir. Prezident İlham Əliyevin bu sessiyada iştirakı bir neçə vacib istiqamətdə dəyərləndirilə bilər. Azərbaycanın regional güc kimi statusunun gücləndirilməsi – Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq, xüsusilə 2020-ci ildən sonra, beynəlxalq gündəliyin ayrılmaz hissəsinə çevrilib. Enerji təhlükəsizliyində Azərbaycanın rolu sürətlə güclənir. Prezident Əliyev Aİ və digər Qərb dövlətləri ilə əməkdaşlığı genişləndirərək Azərbaycanın strateji enerji tərəfdaşına çevrildiyini dəfələrlə vurğulayıb. İqlim məsələlərində ölkəmiz təşəbbüskar mövqenin sahibidir. COP29-a ev sahibliyi edən ölkə kimi, Azərbaycan Prezidentinin bu mövzuda liderliyi beynəlxalq səviyyədə xüsusi diqqət çəkir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatında liderlik etmiş ölkə kimi kimi aktiv rol oynayıb və Prezident Əliyev qlobal ədalətsizliklərə qarşı çıxışları ilə çıxış edib. Prezident İlham Əliyev bu sessiyada çıxışı və danışıqları ilə qlobal lider kimi yeni bir mərhələyə keçid etdiyini nümayiş etdirir. Azərbaycanın beynəlxalq mötəbər platformalarda fəal iştirakı, ölkənin diplomatik nüfuzunun artırılmasına və xarici siyasətdə proaktiv mövqenin qurulmasına xidmət edir. Regional məsələlərdə Azərbaycanın tutduğu sabitlik yaradan rol, Prezidentin çıxışlarında dəfələrlə vurğulanır və bu da ölkənin geosiyasi çəkisinin artdığını sübut edir. Əfsanə İbrahimova YAP ŞİRVAN ŞƏHƏR TƏŞKİLATININ Fəalı Geri dön |