Mobil versiya
Zelenski: Krımın ilhaqı dövlətlər arasında münasibətlərin qaydalarını pozur
Tarix: 25-09-2025 | Saat: 08:40
Bölmə:Özəl | çapa göndər

Zelenski: Krımın ilhaqı dövlətlər arasında münasibətlərin qaydalarını pozur

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Krımı qanunsuz ilhaq etməklə ölkələr arasında normal münasibətlərin əsas qaydalarını pozub. ABŞ-da keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu Yorkda olan Zelenski Beynəlxalq Krım Platformasının 5-ci Zirvə toplantısında çıxış edib.

Krım tatarlarının ümummilli lideri Mustafa Əbdülcəmil Kırımoğlu və 60-dan çox ölkədən nümayəndənin qatıldığı proqramda çıxış edən Zelenski zirvəyə dəstək olan hər kəsə təşəkkür edib.

Bu sammitin ilk dəfə BMT Baş Assambleyası çərçivəsində keçirildiyini qeyd edən Zelenski deyib:

Bu vəziyyət təkcə Rusiyanın Krımı işğal etməsinin vurduğu qlobal zərəri deyil, həm də dünyanın nüfuzlu dövlətlərinin Rusiyanın Krıma təcavüzünə qəti və vaxtında reaksiya verməməsinin vurduğu ziyanı ön plana çıxarmalıdır”.

Rusiyanın Krımı qeyri-qanuni ilhaq etməsinin dövlətlər arasında normal münasibətlərin təməl qaydalarını pozduğunu bildirən Zelenski, "Rusiyanın Krımdakı hərəkətləri dünyanın bir çox təcavüzkarına başqa bir dövlətin bir parçasının necə asanlıqla ələ keçirilə biləcəyini nümayiş etdirdi" dedi.

Krım tatar türklərinin Krımda yaşaması lazım olduğunu vurğulayan Zelenski, "Ukraynada bir çox xalqlar, xüsusilə Krımın yerli xalqı olan Krım tatarları yaşayır. Bu insanlar vətən mənasını yalnız Krımda yaşaya bilərlər" dedi.

Zelenski Krımda ədalət uğrunda mübarizəyə davam edəcəklərini bildirərək, “Krımın nə olduğunu xatırlamalıyıq” deyib.

Krım yarımadasındakı Rusiya hədəflərinə hücumlarını davam etdirdiklərini qeyd edən Zelenski, "Rusiyanın Krımı tək, böyük bir hərbi bazaya çevirməsinin qarşısını almaq üçün addımlar atırıq. Xalqımızın həyatını qorumaq üçün bunu etməliyik" dedi.

Krımda və Rusiyanın işğal etdiyi digər ərazilərdə insanların ağır şəraitdə yaşadıqlarını qeyd edən Zelenski sözlərinə belə davam edib:

"Hazırda Krımda və Rusiyanın nəzarəti altında olan digər bölgələrdə həqiqət naminə, azadlıq, hətta iman naminə ən ağır repressiyalar həyata keçirilir. Krım tatarları və müsəlmanlar bu repressiyaların əsas hədəfləri sırasındadır. Təsəvvür edin, 2114 ildir ki, Krım məhbuslarının bəziləri azadlıqdan məhrum ediliblər."

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2025