Mobil versiya
İran: ABŞ-ın raket məsafəsinin məhdudlaşdırılması tələbi danışıqlara mənfi təsir göstərir
Tarix: 23-09-2025 | Saat: 20:10
Bölmə:Özəl | çapa göndər

İran: ABŞ-ın raket məsafəsinin məhdudlaşdırılması tələbi danışıqlara mənfi təsir göstərir

İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani deyib ki, ABŞ-ın “raket məsafəsini 500 kilometrdən aşağı azaltmaq” tələbi nüvə danışıqlarına mənfi təsir edib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Laricani İranın Ticarət və Sənaye Palatasına səfəri zamanı ABŞ və Qərb ölkələri ilə danışıqlarda nə üçün irəliləyiş əldə olunmadığını açıqlayıb.

Laricani, "ABŞ danışıqlarda raket məsafəmizi 500 kilometrdən aşağı azaltmağı şərt qoydu. Bir iranlı bunu qəbul edə bilərmi? Problem ondadır ki, qəbuledilməz tələblər irəli sürürlər".


İranın danışıqlardan yayınmadığını deyən Laricani, BMT sanksiyalarını bərpa edəcək snapback mexanizmini tətbiq etməyə çalışan üç Avropa ölkəsinin – Böyük Britaniya, Almaniya və Fransanın səylərini tənqid edib.

Təxminən 30 ilə yaxındır ki, raket proqramını inkişaf etdirən Tehran administrasiyası 300-3000 kilometr məsafədə olan müxtəlif ballistik raketlərə malikdir.

İranın kimyəvi, nüvə və bioloji döyüş başlıqları daşıya bilən ballistik raketləri Avropa, Asiya və Afrikanın böyük hissəsi və Yaxın Şərqdə bir çox nöqtələri vurmaq potensialına malikdir. Bu qabiliyyət bəzi ölkələr, xüsusilə də İsrail tərəfindən təhlükə kimi qəbul edilir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2025