İsveçin müdafiə naziri Pal Jonson Avropanı müharibəyə hazır olmağa çağırıb
Tarix: 23-09-2025 | Saat: 19:13
Bölmə:Özəl | çapa göndər

İsveçin müdafiə naziri Pal Jonson deyib ki, Avropa müharibə dövrünə hazır olmalıdır. Almaniyanın paytaxtı Berlində Konrad Adenauer Fondunun təşkil etdiyi paneldə çıxış edən Conson, "Sülh dövründə müharibə dövrü üçün hazırlanacaq yeni Avropa zehniyyətini qəbul etməliyik" dedi.
Rusiyanın genişmiqyaslı silahlanmadan keçdiyini və hərbi cəhətdən daha da gücləndiyini bildirən Conson, Moskvanın uzaq mənzilli silahlar və elektron müharibə sahəsində əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edib.
Conson NATO daxilindəki inkişafın bütün üzvlər üçün eyni istiqamətdə getmədiyinə diqqət çəkərək, "Alyans daxilində müdafiə investisiyalarında müxtəliflikdən danışırıq. Bu yaxşı bir şey deyil. Müdafiə investisiyalarında parçalanma görmək istəmirik" dedi.
Almaniya ilə silahlanma sahəsində əməkdaşlığın gücləndirilməsini müdafiə edən Conson, "Hökumətlər standartlaşdırmanı təşviq etməli və uzunmüddətli müqavilələrlə işləməlidir" dedi
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2025