Mobil versiya
ABŞ dövlət katibi Rubio BMT-ni “heç nə etməməkdə” ittiham edib
Tarix: 23-09-2025 | Saat: 19:11
Bölmə:Özəl | çapa göndər

ABŞ dövlət katibi Rubio BMT-ni “heç nə etməməkdə” ittiham edib

ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Millətlər Təşkilatını (BMT) "heç nə etməməkdə" ittiham edərək, Ukraynadakı müharibəyə və Qəzzada davam edən hücumlara işarə edib.
Rubio Fox and Friends-də cari hadisələri qiymətləndirdi.

BMT-nin Ukrayna və Qəzzada heç bir rolu olmadığını irəli sürən Rubio, ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışında bu məsələyə toxunacağını bildirib.


Rubio, "Prezident (Tramp) BMT-yə öz mənasını və məqsədini tapması üçün meydan oxuyacaq, çünki onlar heç bir iş görmürlər. Onlar həm də çox pul xərcləməkdə ustadırlar" dedi.

HƏMAS-ın məktubu ilə bağlı ziddiyyətli bəyanatlar
ABŞ mətbuatında yer alan “Həmas Trampa məktub göndərib” iddialarına cavab verən Rubio mövzu ilə bağlı ziddiyyətli açıqlamalar verib.

Rubio, "HƏMAS Fransaya məktub göndərməyib, HƏMAS başqa heç bir ölkəyə məktub göndərməyib. Görünən odur ki, HƏMAS, guya Trampa məktub göndərib. Çünki HƏMAS kimi şər bir qrup belə bilir ki, həll yolları tapmaq və təsir etmək gücünə malik olan yeganə şəxs Trampdır".

Fox News daha əvvəl iddia etmişdi ki, HƏMAS ABŞ prezidenti Donald Trampa məktub göndərərək, İsrailin Qəzza zolağına hücumlarını iki aylıq dayandıracağı təqdirdə İsrailli məhbusların yarısını “dərhal” azad etməyi təklif edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2025