Rusiya ilə sərhədin tamamilə bağlanması ilə bağlı qanun layihəsi Estoniya parlamentinə təqdim edilib
Tarix: 16-09-2025 | Saat: 20:52
Bölmə:Özəl | çapa göndər

"İnterfaks" xəbər verir ki, müxalifətdə olan "İsamaa" (Vətən) partiyasının fraksiyası Estoniya parlamentinə Rusiya ilə sərhədin tamamilə bağlanması haqqında qanun layihəsi təqdim edib.
Müvəqqəti nəzarət xəttinin bağlanması (Estoniya-Rusiya sərhəd xətti Estoniyada belə adlanır) qanun layihəsinə dair izahat qeydinə əsasən, risklərin azaldılması, gözlənilməz insidentlərin qarşısının alınması və sərhəd mühafizəsinin gücləndirilməsi yollarından biridir.
Estoniyalı deputatlar bildiriblər ki, son aylarda baş verən təhlükəsizlik hadisələri NATO-nun şərq cinahında vəziyyəti xeyli gərginləşdirib. Bu fonda Rusiya və Belarus əlavə risklər daşıyan irimiqyaslı “Zapad-2025” təlimləri təşkil edir.
Finlandiya Rusiya ilə sərhədin bağlanmasının müddətini uzadıb
Sənəddə həmçinin bildirilir ki, layihədə Estoniyanın Avropa İttifaqı və NATO üzvü kimi beynəlxalq öhdəlikləri nəzərə alınır.
Bundan əvvəl ERR məlumat vermişdi ki, Estoniya hakimiyyəti 2027-ci ilin sonuna qədər Rusiya Federasiyası ilə sərhəddə 40 km-dən çox tank əleyhinə xəndəyin tikintisini başa çatdırmağı planlaşdırır. Bundan əlavə, onlar 600-ə yaxın bunkeri təchiz etmək niyyətindədirlər.
Bundan əvvəl Estoniyanın şərq sərhədində uçuşlar məhdudlaşdırılıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2025