Mobil versiya
İsrail Yəmənə hava zərbələri endirib
Tarix: 16-09-2025 | Saat: 19:35
Bölmə:Özəl | çapa göndər

İsrail Yəmənə hava zərbələri endirib

İsrail döyüş təyyarələrinin Yəmənə hücum etdiyi bildirilir.

Husilərin hərbi sözçüsü Yəhya Seri Amerika şirkəti X platformasındakı sosial media hesabından yazılı açıqlama verib.

İsrail ordusu Qəzzaya qarşı yeni qurudan hücuma başlayıb.

Seri İsrail döyüş təyyarələrinin ölkəyə hücum etdiyini və hava hücumundan müdafiə sistemlərinin hücuma cavab verdiyini qeyd edib.

Seri hava hücumundan müdafiə sistemlərinin düşmən təyyarələri üçün əhəmiyyətli xaos yaratdığını, bəzi döyüş təyyarələrinin hədəflərinə hücum edə bilmədən hava məkanını tərk etmək məcburiyyətində qaldığını bildirib.

Bu arada Yəmənin SABA xəbər agentliyi hücumu təsdiqləyib və hücumun Hudeydə şəhərini hədəf aldığını bildirib.

Məlumatda vurğulanıb ki, şəhərə 12 hava zərbəsi endirilib.

Bu arada İsrail ordusu yazılı açıqlamada Hudeyda limanına hücumun məsuliyyətini öz üzərinə götürüb.

Açıqlamada Hudeydə limanında husilərə aid olduğu iddia edilən “hərbi obyektlərin” hədəfə alındığı bildirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025